Azərbaycanlı məşhur illərdir kimliyini gizli saxladığı ərinin FOTOsunu paylaşdı

Azərbaycanlı məşhur illərdir kimliyini gizli saxladığı ərinin FOTOsunu paylaşdı
İllərdir həyat yoldaşından ayrı yaşayan aparıcı-aktrisa Könül Yusifqızı etdiyi paylaşımı ilə təəccübləndirib.

Könül qızının atasının fotosunu sosial şəbəkə hesabından paylaşıb.

Həyat yoldaşını illərdir mediadan gizli saxlayan aparıcı onu doğum günü münasibəti ilə təbrik etməyi unutmayıb. Qızının atasına yazdığı təbrik məktubunu da təqibçiləri ilə bölüşən Könül kimliyini gizli saxladığı həyat yoldaşının üzünü gizlətdiyi fotosuna "Bal balamın ATASI, doğum günün mübarək. Məni ana edən KİŞİ, səni dünyaya gətirən ananın əllərindən öpürəm. Canın sağ, ömrün üzün olsun. Sən elə bir şəxsiyyətsən ki, səni sevməyə bir ömür yetmir, bir həyat da yetmir. Səni sevməkdən gözəl bir hiss yalnız sənin balanı sevməkdir ki, bunu da sən mənə bəxş etmisən. Bal balamın aslan papası, nə yaxşı ki, varsan. HƏMİŞƏ VAR OL. AD GÜNÜN MÜBARƏK. ALLAH SƏNİ QORUSUN. Mama-bala səni təbrik edirik. Böyük sevgilərlə balanın maması" şərhini yazıb.

Bu da aparıcının həyat yoldaşı ilə bağlı paylaşımı:
Azərbaycanlı məşhur illərdir kimliyini gizli saxladığı ərinin FOTOsunu paylaşdı
7News.Az

Xəbər lenti