RU
lombard
Azərbaycanlı məşhurlar qanunsuz qumar reklamı ilə məşğul olurlar – FOTOLAR
17:08
100

Azərbaycanlı məşhurlar qanunsuz qumar reklamı ilə məşğul olurlar – FOTOLAR

Məhşurlar qumarı təbliğ edir…

Son zamanlar onlayn mərc oyunlarının reklamı kəskin şəkildə artıb. "Minval.info” xəbər verir ki, əsasən də bu mərc oyunlarının reklamını məşhur şəxslər təbliğ edir.

Minimum 500 manat qarşılığında "Hörmətli izləyicilərim, ən güvənili bet şirkətini sizə təqdim edirəm” kimi cümlələr quran məşhurlar qanunları rahat şəkildə pozur, hər yaşdan olan izləyicilərini qumara cəlb edirlər. Pul qazanmaq üçün qanunları heçə sayan məşhurlara "dur” deyən də yoxdur.

Azərbaycan qanunlarına əsasən

32.5. İdman mərc oyunlarının, lotereyaların reklamında aşağıdakılar qadağandır:

32.5.1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;

32.5.2. bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;

32.5.3. oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;

32.5.4. oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.

32.6. İdman mərc oyunlarının, lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

32.7. Keçirilməsi "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş idman mərc oyunlarının və "Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş lotereyaların reklamına yol verilmir.

Lakin bu qanunları görməzdən gələn bir çox məhşurlar var ki,  qadağalara, reklamda yaş məhdudiyyətinə məhəl qoymadan qumar reklamı edirlər.

Məşhurlar bu qaydaların heç birinə əməl etmirlər. Azərbaycanda fəaliyyətinə icazə verilməyən, yəni qanunsuz olan "MOSTBET” saytını  izləyici kütləsi çox olan bir çox səhifə, "Telegram” kanalları və məşhurlar reklam edirlər. Heç bir yaş məhdudiyyəti qoymadan, hər kəsi açıq şəkildə qumar saytına, mərc etməyə təşviq edən müğənnilər, bloger və aktyorlar bunun cəzasını bilirlərmi? Onları cəzalandırmalı olan qurumlar bunları görmürmü?

Mərci təbliğ edən məşhurlar arasında Damla, Sevil və Sevinc bacıları, Kamil Zeynallı, Afaq Aslan, Feyruz Məmmədov, Nadir Qafarzadə də var və bu təbliğatı apararkən yaş məhdudiyyətinə məhəl qoymadan reklamlarını edib, pullarını qazanırlar. Və reklamdan əldə etdikləri gəliri vergi olaraq ödəmirlər. Müəyyən sayda izləyicisi olan şəxslərin böyük hissəsi mərc saytlarını reklam edir. Heç bir problem yaşamadıqları üçün qumar reklam edənlərin sayı hər gün daha da artır və artacaq…

Nəzərinizə çatdıraq  ki, Azərbaycanda qanuni olaraq fəaliyyət göstərən mərc oyunu yalnız "TOPAZ”-dır. Bu da onu göstərir ki, "MOSTBET” qanunsuz olaraq fəaliyyət göstərir üstəlik vergi ödənmir. Bu isə qanun çərçivəsində cinayət sayılır və cəzaları var.

Aidiyyatı orqanlar bu qanunsuz mərc reklamlarını niyə nəzarətə götürmür?/minval

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ