Sosial şəbəkələrdə McDonald's sifarişləri ilə bağlı geniş müzakirələrə səbəb olan görüntülər yayılıb.
İddialara görə, Wolt kuryeri McDonald's tərəfindən içkilərin düzgün qablaşdırılmadığını bildirərək, dağılmış içkini zibilliyə atıb və müştərinin sifarişini öz cibindən yenisi ilə əvəz edib.
Kuryerin sözlərinə görə, içki yolda dağıldığı halda müştəri Wolt-a şikayət edərsə, məsuliyyət kuryerin üzərinə düşür və ona 40 manat cərimə tətbiq oluna bilər. Bu səbəbdən o, müştərinin sifarişini öz hesabına yenidən almağa məcbur qaldığını deyib.
Qeyd olunur ki, digər kuryerlər də McDonald's içkilərinin qablaşdırılması ilə bağlı oxşar problemlər yaşadıqlarını və bunun tez-tez sifarişlərin dağılmasına səbəb olduğunu iddia edirlər./bakues
7NEWS.az








