ABŞ-da yaşayan müğənni İlhamə Qasımova filmə çəkilib.
7News.Az xəbər verir ki, ifaçı filmdə Stefano Suaros və ABŞ-da yaşayan azərbaycanlı model Rəcəb Rəcəbovla tərəf müqabili olub.
"Qara tale” adlı film erkən yaşda anasını itirən və atası tərəfindən zorakılıqlara məruz qalan uşağın faciəvi həyatından bəhs edir.
Filmin ssenarisi real həyatdan götürülüb.
Hazırda çəkilişlər davam edir. Filmin 2019-cu ilin yanvar ayında təqdim olunması nəzərdə tutulub.
7News.Az








