RU
Azərbaycanlı təmsilçimiz bu gün səhnəyə çıxacaq - ilk yarımfinal - VİDEO
11:42
736

Azərbaycanlı təmsilçimiz bu gün səhnəyə çıxacaq - ilk yarımfinal - VİDEO

Kiyevdə keçirilən "Eurovision 2017" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva (Dihaj) bu gün ilk yarımfinalda çıxış edəcək.

7News.az xəbər verir ki, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq tədbirdə təmsilçimiz "Skeletons" mahnısını ifa edəcək.

Ölkəmizdən başqa, ilk yarımfinalda iştirak edəcək ölkələr bunlardır:

İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Monteneqro, Finlandiya, Portuqaliya, Yunanıstan, Polşa, Moldova, İslandiya, Çexiya, Kipr, Ermənistan, Sloveniya, Latviya.

 

Qeyd edək ki, Dihaj müsabiqədə 8 nömrə altında çıxış edəcək. İkinci yarımfinal mayın 11-də, final isə mayın 13-də keçiriləcək.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ