RU
“Azəriqaz” işçilərin ETİRAZ: Aylardır ezamiyyət pulu və mükafatlar verilmir
13:14
65

“Azəriqaz” işçilərin ETİRAZ: Aylardır ezamiyyət pulu və mükafatlar verilmir

"Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin əməkdaşı Elmin Rəhimov əmək hüquqlarının pozulduğunu bildirib. Şikayətçi haqqı olan ezamiyyət pulunu və mükafatını ala bilmədiyini deyir.


Şikayətçi bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya yazıb. O, 15 ildən artıqdır müəssisədə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsində çalışır.
Elmin Rəhimov bildirib ki, 2026-cı il fevralın 2-də Ağdərə rayonunun Çapar kəndinə ezam olunub və ona tapşırılan bütün işləri yerinə yetirib:
"Ezam olunduğum ərazidə mənə tapşırılan bütün işləri qaydalara uyğun şəkildə icra etmişəm. Hətta peşəmə aid olmayan bəzi işləri də rəhbərliyin nəzarəti ilə yerinə yetirmişəm”.
Şikayətçi qeyd edib ki, buna baxmayaraq, ezamiyyət xərcləri indiyədək ödənilməyib:
"Ezam xərcimin ödənilməsi bu günə qədər icra edilməyib. Bundan başqa, hər il işçilərə bir maaş həcmində verilən mükafatı da almamışam”.
Rəhimov məsələ ilə bağlı aidiyyəti şəxslərə müraciət etdiyini də vurğulayıb:
"Əmək haqqı şöbəsinin baş mühasibi Samir Rəhmanovla dəfələrlə əlaqə saxlamışam. Mənə bildirilib ki, məlumatlar Azəriqaz İstehsalat Birliyinə göndərilib, lakin ödəniş edilmir. Səbəb kimi isə ‘büdcədə vəsait yoxdur’ deyilib”.
Elmin Rəhimov aidiyyəti qurumlardan problemin həlli üçün köməklik göstərilməsini xahiş edir.

Qarşı tərəfi dinləməyə hazırıq./Tribuna.az

 
 
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ