RU
11:48
1882

"Bağdad"ı ən yaxşı hansı müğənnimiz oxudu?

Son zamanların gündəmdə olan mahnısı "Bağdad" bir sıra azərbaycanlı müğənnilər tərəfindən də səsləndirilməyə başlayıb.

7News.az
xəbər verir ki, türkiyəli ifaçı Ayla Çelikin oxuduğu mahnı geniş tamaşaçı auditoriyasına ilk dəfə şoumen Beyazit Öztürkün proqramında təqdim olunub. Ayla verilişdə mahnını elə Bəyazın özü ilə duet şəklində səsləndirib.



Qısa müddət ərzində sürətlə məşhurlaşan mahnıya yerli sənətçilərimiz də böyük maraq göstəriblər. 

Əməkdar artist Röya Ayxan və müğənni Zamiq Hüseynov bəstəni duet şəklində səsləndiriblər.



Əməkdar artist Ədalət Şükürov da ifanı özünəməxsus şəkildə səsləndirib.



Müğənni-bəstəkar Ceyhun Əliyev də mahnını oxuyub və ifaya hazırlıq zamanı lentə alınan görüntüləri sosial şəbəkədə paylaşıb.



Müğənni Ayan Babakişiyeva avtomobildə ifa edərkən çəkdiyi videonu şəxsi hesabında yayıb. O bildirib ki, tezliklə mahnını duet şəklində səsləndirəcək.



Müğənni İradə İbrahimova "ATV maqazin onlarla" verilişində mahnıdan qısa bir parça oxuyub. Sənətçinin sözlərinə görə, bəstəni çox bəyənir və yaxın zamanlarda studiyada lentə aldıracaq.



Müğənni Günay İbrahimli isə artıq "Bağdad"ı lentə aldırıb və "Youtube" hesabında izləyiciləri ilə bölüşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ