RU
“Bakı Bulvarı” dondurmalarında zərərli qida əlavələri aşkarlandı – DİQQƏTLİ OLUN! – Foto
14:35
24

“Bakı Bulvarı” dondurmalarında zərərli qida əlavələri aşkarlandı – DİQQƏTLİ OLUN! – Foto

"A Klass” əmtəə nişanlı "Bakı Bulvarı”dondurmalarının tərkibində 6 zərərli qida əlavəsinin olduğu məlum olub.

Bu barədə sözügedən dondurmanın qablaşdırmasının üzərində də məlumat verləşdirilib. Məlumatdan aydın olur ki, dondurmanın tərkibi içməli su, üzlü quru süd, üzsüz quru süd, qatılaşdırılmış süd, şəkər toxu, kərə yağı, stabilizator-emulqator (E471, E433, E466, E410, E412, E407), təbii aromatlar və kakaodan ibarətdir. İlk baxışdan tərkib normal görünə bilər. Ancaq kiçik bir dondurmanın içində bu qədər qida əlavəsinin olması olduqca zərərlidir.
Domdurmanın tərkibind olan E407 və E466 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyyə olunmur. Bu kimyəvi əlavələr mədə və bağırsaq xəstəliyi yaradır.
Dondurma istehsalında əsasən 4 qida əlavəsindən (E471, E412, E466 və E407) istifadə olunur. Halbuki birdən artıq qida əlavəsinin bir qidada istifadəsi məsləhət görülmür. Azərbaycanda dondurma istehsalı ilə məşğul olan şirkətlərin əksəriyyəti bu qida əlavələrindən istifadə edirlər. Bu qida əlavələri məhsulada qatılaşdırıcı və stabilizator funksiyalarını yerinə yetirir.
Qeyd edək ki, mütəxəssislər bu qida əlavələrinin istifadəsini tövsiyyə etmirlər. Məsələn, Almaniyanın (Duesseldorf) Pediatrik Onkoloji Klinikanın dərc etdiyi məqalədə qeyd olunur ki, E407 və E466 kodlu qida əlavələri insanda ciddi bağırsaq probleminə səbəb olur.

Bu dondurmanın tərkibindəki E433 qida əlavəsi isə tərkibində dəmir-oksid, dioksan və etilenqlikol kimi zəhərli maddələr ola bilər. Dəri reaksiyaları, bağırsaq problemləri, sidik kanallarının infeksiyasına, piylənməyə, böyrək daşının, şişlərin əmələ gəlməsinə və dəmirin qana sorulmasının azalmasına səbəb olur. Heyvan üzərindəki təcrübələrdə qaraciyər serrozuna səbəb olmuşdur. Son dövrlərdə aparılan bəzi araşdırmalar kanserogen olduğunu da sübut etmişdir. Qətiyyən tövsiyə olunmur.

Qeyd edək ki, haqqında danışdığımız dondurma "A.Y.S-60” MMC-yə məxsusdur. MMC 2014-cü ildən fəaliyyətə başlayıb. Əsas fəaliyyəti "A Klass” əmtəə nişanlı dondurmaların istehsalı və satışıdır.

Qarşı tərəfi dinləməyə hazırıq.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ