RU
Bakı-Tehran münasibətləri üzərindən manipulyasiya cəhdi: İranlı analitik sərsəmlədi
14:06
26

Bakı-Tehran münasibətləri üzərindən manipulyasiya cəhdi: İranlı analitik sərsəmlədi

Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi xəbərindən sonra Qafqaz məsələləri üzrə analitik Ehsan Müvəhhədiyan sərsəm-sərsəm fikirlər irəli sürüb.

Yersiz və məntiqsiz açıqlamasında Ehsan Bakının ABŞ-İsrail müharibəsinin əvvəlində sionist rejimin göstərişi ilə Tehrandan diplomatlarını müəyyən bəhanələrlə təxliyə etdikdən sonra, İrandan rəsmi üzr istəmədən səssizcə və utanmadan diplomatlarını Tehrana qaytardığını yazıb.

Bu azmış kimi, sarsaq analitik başqa bir yazısında bildirib ki, Avropa diplomatlar şəbəkəsinin casusluq fəaliyyətinin İranda müəyyən edilərək uzaqlaşdırıldığı üçün Azərbaycan məlumat və nəzarət çatışmazlığını pantürklərin sayını artırmaqla kompensasiya etməyə çalışır: "Bakı diplomatlarının Tehran və Təbrizdən tələsik getməsi bu casusluq prosesini pozardı və indi İranla 40 günlük müharibənin uğurlu olmaması səbəbindən düşmən ölkəyə yeni, ağır və dəqiq zərbələr endirmək üçün informasiya boşluğunu doldurmağa çalışır. Bu boşluğun bir hissəsi, xüsusən də İranın şimal-qərbində, Azərbaycan agentləri tərəfindən doldurulacaq”.

Qeyd edək ki, bundan öncə də Ehsan Müvəhhədiyan Azərbaycana qarşı dəfələrlə qərəzli, düşmənçilik mövqeyini nümayiş etdirib.

Göründüyü kimi onun son açıqlamaları reallıqdan uzaq, siyasi motivli və açıq şəkildə manipulyativ tezislər üzərində qurulub. Ehsan Müvəhhədiyan Azərbaycanın İrandakı diplomatik fəaliyyətinin bərpasını "səssiz geri dönüş” kimi təqdim etməsi həm diplomatik praktikanın mahiyyətini təhrif edir, həm də ictimai rəyə yönəlmiş məqsədli dezinformasiyadır.

İlk növbədə qeyd edilməlidir ki, Azərbaycanın Tehrandakı diplomatik missiyasının fəaliyyəti təhlükəsizlik səbəbləri ilə müvəqqəti dayandırılmışdı və bu addım beynəlxalq diplomatik təcrübədə tamamilə legitim sayılır. Diplomatik heyətin geri qayıtması isə heç bir halda "utanmadan” və ya "səssiz şəkildə” deyil, dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində atılmış planlı və ölçülüb-biçilmiş addımdır. Bu prosesi kənar güclərin diktəsi ilə izah etmək cəhdləri isə ya mövzuya qeyri-peşəkar yanaşmadan, ya da qərəzli siyasi mövqedən qaynaqlanır.

Müvəhhədiyanın ABŞ-İsrail müharibəsi kontekstində Bakını ittiham etməsi xüsusilə diqqət çəkir. Azərbaycanın xarici siyasəti müstəqildir və hər hansı üçüncü tərəfin göstərişləri ilə formalaşmır. Bu kimi iddialar regionda süni gərginlik yaratmağa hesablanmış ritorikadan başqa bir şey deyil.

Guya Azərbaycanın İranda "informasiya boşluğunu pantürk şəbəkəsi ilə doldurmağa çalışması” ittihamı daha absurd xarakter daşıyır. Bu, konkret faktlara deyil, ideoloji qorxu və şübhələrə əsaslanan klassik təbliğat dilidir. Azərbaycanın hər hansı ölkənin daxili işlərinə müdaxilə etməsi ilə bağlı iddialar indiyədək heç bir ciddi sübutla təsdiqlənməyib.

Bundan əlavə, İranın şimal-qərb bölgələri ilə bağlı səsləndirilən fikirlər açıq şəkildə təxribat xarakteri daşıyır. Bu cür yanaşma iki qonşu ölkə arasında münasibətləri zədələməyə yönəlib və regionda sabitliyə xidmət etmir. Azərbaycanın siyasəti isə əksinə, qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanır.

Ümumilikdə, Ehsan Müvəhhədiyan irəli sürdüyü tezislər faktlara deyil, siyasi məqsədlərə xidmət edən, qərəzli və emosional ittihamlar toplusudur. Bu cür ritorika regionda əməkdaşlıq imkanlarını genişləndirmək əvəzinə, qarşıdurma mühiti yaratmağa hesablanıb və ciddi qəbul edilə bilməz.
 
Siyasi partiyaların üzvlərinin qeydiyyata alınması vacibdir
Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin üzvü Elşən Musayev Musavat.com-a dedi ki, Ehsan Müvəhəddiyan adlı şəxsin siyasətlə, analitika ilə yaxından - uzaqdan əlaqəsi yoxdur: "Bu adam, xüsusi şəkildə, konkret təlimatlarla informasiya məkanına yerləşdirilmiş biridir. Məqsədi də sadəcə ara qızışdırmaq, su bulandırmaq və bəlli yerlərdən gələn tapşırıqlarla provokativ fəaliyyət sərgilməkdir.

Görün nə deyir bu saxta işbaz. İddia edir ki, guya biz kimlərinsə diktəsi ilə diplomatik korpusumuzu İrandan çıxarmışıq və sonra da "üzr istəmədən” geri qayıtmışıq.

İndi isə sual verirəm: Normal insan belə məntiq yürüdə bilərmi? Belə ittiham irəli sürərmi?

Harada ilişib qalıb Müvəhəddiyan? Hansı erada yaşayır, Müvəhəddiyan? Nelolit dövründəmi? Yoxsa quldarlıq quruluşundamı?

Hər şey bir yana, ümumiyyətlə, görəsən nəyə, kimə və hansı qüvvələrə xidmət edir, Müvəhəddiyanın atmacaları, sərsəmləmələri, məsuliyyətsiz açıqlamaları? 

O fərqindədirmi ki, Azərbaycan müstəqil dövlətdir və daxili, xarici siyasətini də məhz özü müstəqil şəkildə müəyyənləşdirir, müəyyən edir və yürüdür? Ayrıca, bunun üçün kimsədən də məsləhət almır və qərarları yalnız özü qəbul edir?

Müvəhəddiyan anlayırmı ki, bu gün Azərbaycanın heç bir qonşu ilə, eyni zamanda İranın siyasi hakimiyyəti ilə problemi yoxdur və belə qızışdırıcı  açıqlamalar həmin status – kvonu əsla və əsla dəyişə, poza bilməz?

Ən nəhayət: Müvəhəddiyanın xəbəri varmı ki, bənzər təhlillərin, mülahizələrin, uydurmaların, mənasız "cızmaqaraların” adı analitika yox, şarlatanikadır”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ