RU
Bakıda 10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - 80 min manata
12:50
29

Bakıda 10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - 80 min manata

Bakı sakini Mehriban Həsənova uzun müddətdir həllini tapa bilməyən mənzil problemi ilə üzləşdiyini bildirir.

Onun sözlərinə görə, dörd il əvvəl akademik Həsən Əliyev prospektində yerləşən binadan mənzil almaq məqsədilə 80 min manat ödəyib və bununla bağlı müqavilə imzalayıb. Lakin sonradan məlum olub ki, ona satılan mənzil faktiki olaraq mövcud deyil.

İddialara əsasən, mənzil binanın 11-ci mərtəbəsində göstərilsə də, təsdiq olunmuş layihədə bina cəmi 10 mərtəbədən ibarət olub. Bu səbəbdən vətəndaş nə mənzilini təhvil ala, nə də ödədiyi vəsaiti geri qaytara bilib.

Araşdırmalar zamanı bildirilib ki, binanın tikintisi hələ 2020-ci ildə müvafiq qurumların qərarı ilə dayandırılıb və əlavə mərtəbələrin inşasına icazə verilməyib. Buna baxmayaraq, "MM Park" MMC tərəfindən tikintisinə icazə verilməyən mərtəbədən mənzil satıldığı iddia olunur.

Məsələ ilə bağlı "MM Park" MMC açıqlamasında qeyd edib ki, məhkəmə prosesi davam etdiyi üçün hazırda hadisə ilə bağlı hər hansı rəsmi mövqe bildirməyəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ