RU
Bakıda bəzi ərazilər işıqsız qalacaq
10:10
41

Bakıda bəzi ərazilər işıqsız qalacaq

Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 22-də Bakı şəhərinin Yasamal rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Mehman Bünyadzadə, İzmir, Eldar Ağayev, Məhəmməd Xiyabani və Məhəmməd Xiyabani döngə 1, Əjdər Ağayev, Çuxursəd küçələrində, həmçinin 1-ci Alatava adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək.

Görülən işlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ