RU
lombard
Bakıda naməlum kişi küçədə yıxıldı - Küçəyə giriş-çıxış bağlandı
19:35
405

Bakıda naməlum kişi küçədə yıxıldı - Küçəyə giriş-çıxış bağlandı

Bakıda metronun "28 May” stansiyasının çıxışı yaxınlığında naməlum kişinin yıxıldığı bildirilir.

7News.Az oxu.az-a istinadən xəbər verir ki, onun koronavirus səbəbindən yıxıldığı və bu şübhə ilə xəstəxanaya aparıldığı iddia edilir.

Bildirilir ki, təhlükəsizlik məqsədilə polis həmin küçənin giriş-çıxışını bağlayıb.

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, həmin şəxsin koronavirus xəstəsi olduğunu iddia etmək doğru deyil:

"Bu, yalnız şübhədir. Operativ qərargah da məlumat yayıb ki, daxili yoluxmalar var. Yəni Bakının istənilən yerindən bu şübhə ilə kimsə xəstəxanaya aparıla bilər”.

 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ