Məşhur türkiyəli modelyer Barbaros Şansal saxlanılıb.
Şansal "Reina” hadisəsi ilə bağlı Türkiyəni təhqir etdiyi mesajı sosial şəbəkədə paylaşıb.
Modelyer yeni il tətili üçün Şimali Kipr Türk Cümhuriyyətinə gedib. Hələ rəsmi açıqlama verilməsə də, onun saxlanıldığı öyrənilib. Həftə ərzində onun ölkədən deportasiya ediləcəyi gözlənilir.
Qeyd edək ki, Barbaros Şansal paylaşımında "mənə səfalətin adını yaza bilərsənmi, Abidin? Bu qədər jurnalist həbsdəykən, uşaqlar təcavüz görərkən, ölkədə korrupsiya, rüşvət baş alıb gedərkən siz hələ də yeni ili qeyd edirsiniz?” ifadəsini işlədib./qafqazinfo
7news.Az








