RU
Başından güllənən müğənni öldü
16:05
1761

Başından güllənən müğənni öldü

ABŞ-ın Florida ştatında naməlum şəxs tərəfindən konsertindən sonra güllənənən müğənni Kristina Qrimini vəfat edib. 

Bu barədə CNN` xəbər verir.

Qeyd edək ki, hadisə iyunun 10-da axşam saatlarında Orlondoda baş verib. “Before You Exit” qrupunun üzvləri konsertdən sonra fanatlarına avtoqraf verdikləri zaman naməlum şəxs müğənni Kristinaya atəş açıb. İfaçının qardaşı atəş açan kişini tutmağa cəhd etsə də, naməlum şəxs özünü güllələyib. Cinayətkar hadisə yerində ölüb. Polisin məlumatına görə, kişinin üzərində iki odlu silah olub. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ