Ötən gün "Best Model of Turkey” yarışmasının final gecəsi baş tutub.
7News.az xəbər verir ki, 29-cu dəfə keçirilən müsabiqənin qalibləri Onur Seyit və Gizem Kayalı olub.
Keçən ilin birincisi Yağmur Ayrı tacını Gizem Kayalıya təhvil verib.
"Best Model of Turkey”in birincisi sosial şəbəkədə müzakirə mövzusu olub. Gənc model istifadəçilərin tənqidinə tuş gəlib.
Gecənin aparıcıları Ece Gürsel və İbrahim Gayberi olub.
7News.az










