Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gənclər və İdman Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) tərəfindən gerçəkləşən “Gənclər Siyasətində Fəal İştirakşılıq” Beynəlxalq Gənclər Forumu layihəsinin iştirakçısı olan 12 ölkənin 24 gənc lideri bu gün “Avropa Gənclər Paytaxtı - 2016” Gəncə şəhərinə gəlmişlər.
Xatırladaq ki, beynəlxalq layihə “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” kampaniyası çərçivəsində əcnəbi və milli gənc liderlərin iştirakı ilə müasir gənclər siyasəti, gənclərin fəal iştirakçılığı, gənclər işində qeyri-formal tədris, könüllülük, liderlik, beynəlxalq gənclər işi, gənclərin məşğulluğu və gənclər siyasətinin gücləndirilməsi istiqamətində müxtəlif tematik konvensiya və təcrübələrin müzakirəsi, mübadiləsi və qarşılıqlı tətbiqi imkanlarına dair fəaliyyət və tədbirləri nəzərdə tutur.
Forumun proqramına uyğun I gün əcnəbi gənc lidrlər şəhərin tarixi-mədəni yerləri ilə tanış olmuş, Gəncədəki Heydər Əliyev Park Kompleksini, Avropa Gənclər Paytaxtı Parkını və Nizami Məqbərəsini ziyarət etmişlər. Gənclər Evi və onun fəaliyyəti ilə yaxından tanış olan xarici qonaqlar, Gəncə şəhərinin həqiqətən Avropa Gənclər Paytaxtı statusuna layiq bir şəhər olduğunu vurğulamaqla yanaşı Azərbaycanda aparılan uğurlu gənclər siyasətinin öz bəhrəsini verdiyinə əyani şahid olduqlarını bildirmişlər. Göy-Göl Milli Qoruğu ilə tanış olan əcnəbi gənc liderlər Azərbaycanın gözəl tarixi, turistik yerlərinə heyranlıqlarını gizlətməmişlər.
Sabah rəsmi plenar açılışla başlayacaq Beynəlxalq Gənclər Forumui növbəti günlərdə öz işini 4 panel müzakirəsinin aparılması, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə-informasiya mübadiləsi şəbəkəsinin qurulması, Gəncə Bəyannaməsinin qəbulu və geniş profilli PR fəaliyyəti ilə 9 iyula qədər davam etdirəcəkdir.
Layihə ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı 24.02.2016-cı il tarixli Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında sərancamında, “Gəncə Avropa Gənclər Paytaxtı - 2016” ümumi tədbirlər planında və “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nda nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətlidir.








