Azərbaycanın ən tələbatlı müğənnilərindən olan Röya Nəcəfovanın keçmiş həyat yoldaşı Anar döyülməsi barəsində bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib.
Anar bildirib ki, bütün bu tip xəbərlər "cəfəngiyyat" adlandırıb. O qeyd edib ki, deyilənlərin ona heç bir aidiyyatı yoxdu:
“Mən bilmirəm ki, bu yazıları yazan, bu süjetləri verən KİV-lər nə məqsəd güdür? Ən azından mənimlə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilərdilər. Lakin heç kəs bunu etmədi, mən də öz növbəmdə məcbur olub sosial şəbəkələrdə şəkilimi paylaşdım ki, dostlarım, qohumların nigaran qalmasın. Mən sağ-salamatam. Bilmirəm ki, məni “döymək” kimə lazım idi. Amma heç olmasa bu barədə yazanda özümə zəng edin ki, “döyüldüyümü” bilim./atv
7News.Az








