RU
Lüt fotolarına görə ANS-dən qovulan aparıcı -
16:50
1301

Lüt fotolarına görə ANS-dən qovulan aparıcı - "Bizdə azadlıq yoxdur, nəsə edəndə adımız pis çıxır..."


"Düzdür, efirdə etik qaydalar var, amma sən şalvar geyinmisənsə, rahat otura bilərsən".

7News.az xəbər verir ki, bu sözləri aparıcı-aktrisa Umnisə Hacıyevanın qafqazinfo.az-a müsahibəsi zamanı söyləyib:

"Verilişlərə baxıram, görürəm ki, o, bu gəlib dərdini danışır, ağlayır, efirlərdə ağlaşma var. Doğru ağlaşma olsa, bu qədər gözə batmaz. Pul verirlər, verilişlərə saxta insanları çağırırlar. Yəni, bunlar yığışdırılsa əla olar. Onlar heç kəsə lazım deyil. TV tək informasiya üçün lazım deyil, insanları maarifləndirmək lazımdır. Rusiya kanallarında azadlıq var. Demirəm ki, efirə çılpaq çıxsınlar. Bizə azadlıq vermirlər, sıxılıb qalırıq. Nəsə edəndə pis çıxır, alınmır və qeyri-səmimi olur. Onlarda isə fərqlidir, istədikləri kimi otururlar. Bizdə isə qulaqcığa deyirlər ki, ayağını aşırtma, düz qoy! Düzdür, efirdə etik qaydalar var, amma sən şalvar geyinmisənsə, rahat otura bilərsən.

ANS-də işləyəndə yarı maaşım cərimələrə gedirdi. Bütöv maaşı heç vaxt əlimə almamışam. Bu cərimələr təkcə oturuş qaydalarına görə deyildi. O zaman geyimlərə xüsusi diqqət edirdilər. Bir balaca köynəyin qolu qısa olanda cərimə yazırdılar".
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ