Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həməryliyinin gücəndirilməsi çərçivəsində 2016-cı il iyulun 18-də Gəncə, iyulun 25-də isə Quba şəhərində "sosial, iqtisadi və siyasi islahatların əhəmiyyəti və onların icrasına cəmiyyətin münasibəti" mövzusunda konfranslar keçirəcək.
BMAM-ın mətbuat xidmətindən daxil olan məlumata görə, tədbirlərdə dövlət qurumlarının, QHT və KİV nümayəndələri, gənclər və ictimaiyyət təmsilçiləri olmaqla, ümumilikdə 200 nəfərin iştirakı gözlənilir.
Müzakirə şəraitində keçiriləcək konfranslarda həyata keçirilən islahatların icrası vəziyyəti barədə fikir mübadiləsi aparılacaq, ictimaiyyət nümayəndələrinin münasibətləri öyrəniləcək, təkliflər dinləniləcək.








