RU
“BP-Azerbaijan”da yeni vitse-prezident
15:09
1140

“BP-Azerbaijan”da yeni vitse-prezident

Şirkət məlumat yaydı.

“BP-Azerbaijan”ın “Azəri” yatağında əməliyyatlar üzrə meneceri Elxan Məmmədov 2016-cı il yanvarın 1-dən şirkətin hasilat üzrə yeni vitse-prezidenti təyin edilib.

Bunu şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

 

Bayatlı qeyd edib ki, o, bu yeni vəzifədə Elxan BP-nin Azərbaycanda texniki sahəyə məsul olan ilk vitse prezidentidir.

Bu vəzifədə Elxan BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə hasilat işlərinin idarə olunmasına cavabdeh olacaq. Bundan əlavə, o həm də Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Texniki Qrupa sədrlik edəcək.

Vitse prezident rolunda Elxan yeni vəzifəyə gedəcək Pat Droonu əvəz edəcək və BP-nin regioal rəhbər qrupunun üzvü olacaq, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur.

Elxan BP-yə 2001-ci ildə Çıraq platformasında nəzarət-ölçü cihazları üzrə texnik kimi qoşulub. Sonra o, BP-nin Şimal dənizində və Xəzərdəki müxtəlif platformalarında çalışıb. Daha sonra o, Çıraq platformasının meneceri və 2009-cu ildə isə BP-nin Azərbaycan üzrə quru əməliyyatları meneceri təyin olunub. 2013-cü ilin iyun ayından BP-nin Azəri sahəsi üzrə əməliyyatlar meneceridir.

Elxan 2011-ci ildə ABŞ-ın Boston şəhərindəki Massaçusets Texnologiya İnsitutunun Əməliyyatlar Academiyasını bitirmişdir. O, Əməliyyatlar üzrə ən yüksək Pol Martins mükafatına layiq görülüb, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməliyyatlar sahəsində ixtisas forumunun sədri və regionun texniki forumunun həm-sədridir.

2014-cü ildə ElxanAzərbaycan Respublikasının Prezidenti tərəfindən ölkənin neft və qaz sənayesinin inkişafına töhfəsinə görə “Tərəqqi” medalına layiq görülmüşdür. Ailəlidir, üç övladı var.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ