Qlobal enerji bazarlarında neft qiymətlərində artım müşahidə olunur.
Son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan Brent markalı neftin bir barreli 79,16 dollara yüksəlib. ABŞ-ın yüngül xam nefti (WTI) isə 76,01 dollardan satılır.
Analitiklər neft bazarındakı qiymət dəyişikliklərini qlobal tələbat, geosiyasi proseslər və istehsal həcmləri ilə əlaqələndirirlər.








