"Brusel gözəli” seçilən Ayşə Akının (Özdemir) Ahmet Kuralla sevgili olduğu ortaya çıxıb.
7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Murat Hanla münasibətlərinə son qoyan model-aktrisa özünə yeni sevgili tapıb.
O, məşhur aktyor Ahmet Kuralla eşq yaşamağa başlayıb. Onlar ötən gün İstanbulun Asmalımescit ərazisində görüşüblər. Ancaq cütlük fotoqraflardan qaçmağı bacarıblar.
Ayşə və Ahmet gözlərdən uzaq bir münasibət yaşamaq istədiklərini bildiriblər.













