RU
16:00
762

"Bu cür ataları cinsiyyət orqanından asmaq lazımdır" - Məşhurlar uşağını döyüb öldürən atadan yazdı

Atası tərəfindən döyülərək komaya düşən 6 yaşlı Mərtcan xəstəxanada vəfat edib. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərtcan atası tərəfindən tozsoranın dəmiri ilə vəhşicəsinə döyülüb. 3 gün reanimasiyada qalan Mərtcanın həyatını xilas etmək mümkün olmayıb. 6 yaşlı uşağın ölümü məşhurları da qəzəbləndirib. 



Armağan Çağlayan: "Bir uşağın bu cür döyülməsini qəbul edə bilmirəm". 



Dəmət Akalın: "Deməli, ata uşağını hər zaman döyürmüş. Mətbuatda yayılan uşağın keçmiş şəkillərindəndir. Uşağı döyülərkən anasının əli armud yığırdı? Bu cür insanları cinsi orqanından asmaq lazımdır. Əsəbdən başım ağrıdı". 



Ebru Dəstan: "Allahdan tək arzum həbsxanada atasını da bu cür döyüb komaya salsınlar".



Alişan: "Deməli, sən evlənib uşaq dünyaya gətirib ata olursan? 6 yaşlı oğlunu döyüb komaya salıb öldürdün. Biz səndən danışanda insan deyə müraciət edəcəyik, elə deyilmi? Edam cəzası olmadığı üçün sən həbsxanada yemək yeyib, su içəcəksən, yaşayacaqsan. Xəbəri oxuyandan özümə gələ bilmirəm. Yazacaq o qədər şey var ki, sadəcə insanlıqdan çıxmaq istəmirəm. Mərtcan mələk oldu, getdi, amma onu öldürən və başqa uşaqları öldürən canavarlar hələ də nəfəs alır. Edam cəzası geri qayıtsın".





 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ