RU
Bu ərazilərdə 2 gün su olmayacaq
12:50
31

Bu ərazilərdə 2 gün su olmayacaq

Sumqayıt şəhərinin, Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərinin su təminatında mayın 14-ü səhər saatlarından mayın 16-sı günorta saatlarına kimi müvəqqəti fasilə yaranacaq.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb suyun idarə olunmasının daha operativ təşkili məqsədilə magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi və siyirtmələrin qoyulması işləridir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ