Bu gün Türkiyənin ən məşhur cütlüklərindən sayılan məşhur aktyor Kənan İmirzalıoğlu ilə məşhur aktrisa Sinəm Kobalın toyudur.
7News.az-ın məlumatına görə, toy mərasimi Cunda adasındakı otellərdən birində baş tutacaq. Məlumata görə, cütlük toy üçün 2 milyon lirə xərcləyib. Türkiyənin bir çox məşhurlarının toya gələcəyi gözlənilir.
Qeyd edək ki, “Ezel” serialından sonra daha da məşhurlaşan aktyor Kənan nə zaman evlənsə, serialda birgə oynadığı məşhur aktyor, “Ramiz dayı” obrazını canlandıran Tuncel Kurtizin onun nikah şahidi olacağını deyirdi. Ancaq aktyorun vəfat etməsindən sonra Kənan onun həyat yoldaşı Menend xanımı nikah şahidi seçib.








