RU
13:43
414

"Bu, kişilik rəmzidir"

“Səliqəli kişi saqqallı da, saqqalsız da özünə fikir verəcək. Çirkli biri isə hər iki halda pintidir”.

Bu sözləri 7News.Az-a açıqlamasında aparıcı Şəhriyar Əbilov deyib. O, müğənni Vasif Məhərrəmlinin “Təmiz kişi saqqal saxlamaz” sözlərinə münasibət bildirib:

“Vasif Məhərrəmli bəzi məqamda düz deyib. Çox kişilər özünə baxmır. Onların elə saqqal saxlamaması yaxşıdır. Amma unutmayaq ki, bizim peyğəmbərlərimiz də saqqallı olub. O vaxt qayçı da, ülgüc də varıydı. Lazım olsa, onlar da saqqal və bığlarını qırxardılar. Deyirdilər ki, saqqal üzün nurunu çoxaldır, o kişilik rəmzidir. “Quran”da bir ayədə yazılıb ki, “Üzünüzü qırxıb, qadınlara bənzəməyin”. Bu kişiyə aid olan söhbətdir. Amma saqqal da hamıya yaraşmır. Vasif müəllimə saqqal, bığ yaraşmır. Yaraşıqlı kişidir, yaxşı da dostdur, bığsız-saqqalsız daha yaxşıdır. Saqqal mənim imicimdir. Həmişə axtarışda olmuşam. Əvvəl bığ saxlayırdım. Sonra saqqalımı da uzatdım. Bu da obrazımı ciddiləşdirdi. Kişi xanımlar üçün özünü yaraşıqlı etməlidir. Özümü həmişə səliqəli göstərmişəm, qızların da xoşuna gəlmişəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ