FOX TV-də böyük ümidlərlə yayıma başlayan "Çifte Saadet" serialı ilə bağlı yekun qərar verilib.
7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş rollarında Şebnem Bozoklu, Fikret Kuşkan və Dolunay Soysertin çəkildiyi ekran işi reytinqlərdə gerilədiyi üçün erkən final edəcək. Son seriya ümumi reytinqdə 21-ci sırada yer aldıqdan sonra kanal rəhbərliyi serialın 11-ci seriyada bitməsinə qərar verib.
Rejissor Bora Tekayın çəkdiyi layihə fevralda başlamışdı.








