Yeni sezondan atv-də yayınlanacaq "Diriliş Osman” serialının çəkilişlərinə strat verilib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən serialda baş rolu Burak Özçivit ifa edəcək. O, bu rol üçün tam bir il at minmə, döyüş, qılınc oynatma və tarix dərsləri alıb.
Aktyorun döyüş səhnələri üzrə məşqçisi azərbaycanlı müəllim Rahim Muradovdur.
7News.Az








