RU
Burkina Faso Fransa radiolarının yayımını dayandırıb
16:11
195

Burkina Faso Fransa radiolarının yayımını dayandırıb


Burkina Faso, Fransa Radio France Internationale (RFI) radiosunun yayımını dayandırdığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, hökumət sözçüsü Jean Emmanuel Ouedraogo verdiyi açıqlamada, radionun Əl-Qaidə və İŞİD-lə əlaqəli qrupların orduya qatılan mülki şəxsləri təhdid etdiyi mesajını yayımladığı səbəbiylə ikinci bir bildirişə qədər radionun fəaliyyətini dayandırdıqlarını söylədi. Açıqlamada, radionun yayımladığı mesajın təşkilat üzvlərinin minlərlə Burkina Fasonun orduya qoşulmasının qarşısını almaq üçün manevr etməsinə töhfə verdiyi bildirilib.

Burkina Faso hökuməti ötən ay başlatdığı kampaniya ilə milli və yerli səviyyədə 50 min əsgəri işə götürəcəyini açıqlayıb. Bu il iki çevrilişin baş verdiyi Burkina Fasoda təhlükəsizlik problemləri səbəbiylə çevrilişdən sonra Fransa əleyhinə aksiyalar keçirilib. Qonşu Malidəki Əl-Qaidə və İŞİD-ə bağlı qruplar 2015-ci ildən bəri Burkina Fasonun şimal və şərqində tez-tez hücumlar həyata keçirir. Hökumətin məlumatına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər olan hücumlarda 600-ü təhlükəsizlik qüvvələri də daxil olmaqla 2000 nəfər həlak olub.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ