ABŞ-ın televiziya ulduzu Kim Kardaşyan özündə sevdiyi və sevmədiyi məqamları sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, televiziya ulduzu daim dekolte geyimləri ilə nümayiş etdirdiyi sinəsini bəyənmirmiş:
“Böyük sinəmə nifrət edirəm. Qeyd edim ki, ikinci dəfə ana olduqdan sonra südüm artıb. Hətta südümü soyuducuda saxlayıram, lazım olanda övladıma verirəm”.
Kardaşyan bildirib ki, 35 yaşı olmasına baxmayaraq bronxlarında problem var. O, südlü peçenyadan xoşu gəldiyini və dərisinə qulluq etməkdən zövq aldığını bildirib.













