ATV-də yayımlanan "Eşkıya dünyaya hükümdar olmaz" serialının yeni seriyasının tarixi bəlli olub.
Üç həftədir yayımlanmayan ekran işinin rəsmi İnstaqram səhifəsində bununla bağlı açıqlama verilib.
Belə ki, 54-cü seriya yanvarın 24-də ATV-də yayımlanacaq.
Qeyd edək ki, tətilin bu qədər davam etməsi serialı çəkən şirkətlə telekanal arasında anlaşılmazlığın olması ilə əlaqələndirilirdi. Hətta ekran işinin başqa telekanala keçəcəyi deyilirdi.//axşam.az
7News.az








