RU
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
10:40
19

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bu mərhələdə Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 119 ailə - 535 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
 
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ