RU
Cek Ma “Alibaba” ilə bütün əlaqələri kəsir
14:44
58

Cek Ma “Alibaba” ilə bütün əlaqələri kəsir


"Alibaba"nın 2020-ci ildə yoxa çıxan multimilyarder qurucusu Cek Ma şirkətlə əlaqələrini tamamilə kəsir. 

Qurduğu e-ticarət platforması "Alibaba"nın böyük uğuru sayəsində birdən-birə dünyanın ən zəngin insanlarından birinə çevrilən Cek Ma təkcə Çinin deyil, bütün Şərq dünyasının ən diqqətçəkən uğur hekayələrindən birinə sahib idi. Alibabanın yüksəlişindən sonra illərlə diqqət mərkəzində olan və tez-tez konfrans və ya simpoziumlarda çıxış edən Ma 2020-ci ildə qəfildən yoxa çıxdı. O vaxtdan bəri harada olduğu bilinməyən Ma bu yaxınlarda Yaponiyada göründü. 

Cek Manın Yaponiyadakı görünüşü, "Məşhur sahibkar geri qayıtmağa hazırlaşırmı?" sualını gətirdi. Ancaq görünür ki, Ma geri qayıtmaq niyyətində deyil. Əksinə, o, özü ilə şirkəti və ümumilikdə texnologiya dünyası arasında daha çox məsafə qoymaq istəyir. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ