Cəlilabad rayonunda 3,2 maqnitudalı zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yerli vaxtla saat 07.52-də baş verən zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.