RU
lombard
Cennifer Lopezin Türkiyədəki konsertinə görə aldığı pulun miqdarı bilindi
17:20
139

Cennifer Lopezin Türkiyədəki konsertinə görə aldığı pulun miqdarı bilindi

Məşhur amerikalı müğənni Cennifer Lopez Türkiyənin Antalya şəhərində verdiyi konsertə görə bir milyon dollar alıb.

Bu barədə köşə yazarı Cengiz Semercioğlu yazıb.

Onun sözlərinə görə, əslində, konsertin qiyməti 1,5 milyon dollar olub, lakin Antalyadakı konsertin dərhal ardından Moskvada da konsert təşkil edildiyinə görə qiymət bir milyon dollara endirilib.

C.Semercioğlu qeyd edib ki, təqribən 200 min dollar da müğənninin komandasına və digər xərclərə sərf edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ