RU
Cristiano Ronaldoya Səudiyyə komandasından nəhəng təklif gəlib
16:12
263

Cristiano Ronaldoya Səudiyyə komandasından nəhəng təklif gəlib


Mançester Yunayted Cristiano Ronaldonun müqaviləsinin qarşılıqlı olaraq ləğv edildiyini açıqladıqdan sonra Səudiyyə Ərəbistanının Əl Nassr komandası ulduz futbolçuya təklif edib.

7NEWS.az xəbər verir ki, İngiltərə Premyer Liqasının təmsilçisi Mançester Yunayted portuqaliyalı super ulduz Cristiano Ronaldonun müqaviləsinə qarşılıqlı xitam verildiyini açıqlayıb. Ronaldo ilə İngiltərə komandasının yolları ayrıldıqdan sonra ulduz futbolçuya dünyanın müxtəlif yerlərindən təkliflər gəlməyə başlayıb.

Ən astronomik rəqəm Səudiyyə Ərəbistanı komandası olan Əl Nassrdan gəldi. Ulduz futbolçuya illik 120 milyon avroluq 2 illik müqavilə təklif edən Əl Nassrin bu təklifinə Ronaldonun necə cavab verəcəyi maraq doğurur.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ