RU
CULİYA ROBERTS DƏNİZƏ BELƏ GİRDİ
12:00
2370

CULİYA ROBERTS DƏNİZƏ BELƏ GİRDİ

Məşhur dünya ulduzu Culiya Roberts tətildə olarkən görüntüləndi.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, dünya ulduzu Culiya Roberts həyat yoldaşı Denni Moder ilə Havay adalarına yollanıb. Üç uşaq anası, 48 yaşlı aktrisa son illərdəki ənənəsini yenə pozmayıb. O, dənizə girərkən bikini yerinə sörfinq geyimini tərcih edib. Bir çox yaşıdlarından daha yaxşı görüntüyə malik olsa da, illərin və hamiləliklərin təsirini üzərində daşıyan Roberts, dənizə daxil olmadığı vaxtlarda da üzərinə uzun bir tunik keçirib. Culiya Roberts və 47 yaşlı həyat yoldaşı Denni Moder zaman-zaman romantik anlar da yaşayıblar. Hollivudun estetik əməliyyatlarından, botoks kimi proseslərdən uzaq durmağa çalışan nadir ulduzlarından biri olan Robertsin bu məsələdə qətiyyətini pozmadığı da diqqətlərdən yayınmayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ