Tuba Büyüküstün və Onur Saylakın ayrılma səbəbi ortaya çıxıb.
7News.Az Hürriyet-ə istinadən xəbər verir ki, 4 il əvvəl serial çəkilişləri ilə bağlı ortaq qərara gəldiklərini açıqlamışdılar:
"Artıq seriallarda sıra-sıra rol alacağıq, Birimiz çəkilişdə, digərimiz isə evdə uşaqlarla məşğul olacağıq”.
Hətta, aktrisa "20 dakika” və "Kara para aşk” seriallarında rol alarkən Saylak əkizləri Toprak və Maya ilə məşğul olub.
Lakin, Büyüküstün yeni mövsümdə baş rolunu Kıvanç Tatlıtuğla paylaşdığı və bölüm başına 120 min TL qazanacağı seriala "hə” deyib. Saylak da Halit Ergenç-Bergüzar Korel cütlüyünün kamera qarşısına keçdiyi və bölüm başına 30 min TL alacağı serialla müqavilə imzalayıb.
Bundan sonra evli cütlüyün münasibətləri korlanıb, boşanmaqları barədə dedi-qodular yayılmaya başlayıb.








