RU
Daha bir görüş keçirilib
12:35
224

Daha bir görüş keçirilib

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək”, "Erkən nikah və onun fəsadları” mövzularında növbəti görüş keçirilib.

Rayonun Xəlilabad kənd tam orta məktəbinin şagirdləri ilə keçirilən görüşdə Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev çıxış edərək əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyəti olduğunu qetd edərək, narkomaniya əleyhinə aparılan tədbirlərin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, eyni zamanda bu istiqamətdə mühüm addımların atıldığını diqqətə çatdırdı.

Tədbirdə eyni zamanda erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ