Aktyor Engin öztürk sevgilisi İdil Fıratdan ayrılıb.
7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlük 8 aylıq sevgi münasibətinə son qoymaq qərarına gəlib.
Türkiyə KİV-ləri cütlüyün ayrılmasına “Fənərbaxça” FK-nun İdarə heyətinin üzvü Öndər Fıratın səbəb olduğunu iddia edib.
Məlumata görə, Öndər Fırat 2015-ci ilin iyun ayında başlayan münasibətə qarşı çıxıb, qızını aktyordan ayrımağa çalışıb.
Qeyd edək ki, Engin ötən ilin dekabr ayında İdili ailəsiylə tanış etmiş, onların evlilik barədə rəyini almışdı.
7News.Az









