RU
Dağıstanın üzünü görməyib fəxri ad alanlar...
20:56
2528

Dağıstanın üzünü görməyib fəxri ad alanlar...

Son illər Azərbaycanın tanınmış ulduzları ard-arda Dağıstanın “xalq” və "əməkdar artist" adlarına layiq görülüblər.

Onların arasında Ədalət Şükürov, Natavan Həbibi, Tolik kimi şou-biznesin məşhurları da yer alır. Maraqlıdır ki, həmin mükafatları Dağıstan prezidenti Ramazan Abdulatipov şəxsən imzalayıb.

Amma azərbaycanlı incəsənət təmsilçilərinin qonşu ölkədə necə populyarlaşması və belə mükafata layiq görülməsi hələ də müəmmalıdır. Onlar özləri də bu barədə çox danışmağı xoşlamırlar. Sadəcə aldıqları mükafatın təqdimatını keçirməklə kifayətlənirlər.

 

 

Bu gün isə Dağıstanı görməyib, oranın “əməkdar artisti” olan məşhurlar karvanına klarnetçiHüseyn Məmmədoğlu da qoşulub. Primetime.az saytı qeyd edir ki, Dağıstan prezidenti Ramazan Abdullatipovun imzaladığı sərəncam gələn həftə ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan müğənniləri arasında ilk dəfə Dağıstanın “əməkdar” və “xalq artisti” fəxri adlarına İlhamə Quliyeva layiq görülüb./qafqazinfo

7news.Az

Dağıstanın üzünü görməyib fəxri ad alanlar... - Fotolar
Dağıstanın üzünü görməyib fəxri ad alanlar... - Fotolar
Dağıstanın üzünü görməyib fəxri ad alanlar... - Fotolar

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ