Deputatların pensiyası artırıldı

Deputatların pensiyası artırıldı

Pensiyada olan deputatların pensiya məbləği artırılıb. 

7News.Az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin iclasında deyib. 

O bildirib ki, qanunla pensiyada yaşında olan deputatların pensiyası artsa da, bu, faktiki olaraq həyata keçməyib. 

"Sentyabrın 25-dən etibarən isə pensiyada olan deputatların pensiya məbləğinin artması üçün ödəmələrə başlanılacaq.

Onlar da yanvar ayının 1-dən etibarən pensiyalarını artımla alacaqlar. Bizim əməkhaqqında olan artım onların da pensiyasında özünü göstərəcək”. 

7News.Az

Xəbər lenti