Mayın 13-də Kiyevdə "Eurovision-2017"nin final gecəsi baş tutacaq. 7News.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, dünən ikinci yarımfinaldan sonra finalda ölkələrin çıxış sırası üçün püşk atılıb. Ardıcıllıq belə olacaq: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan, Fransa. Qeyd edək ki, 12-ci sırada çıxış edəcək Azərbaycanı müsabiqədə "Skeletons" mahnısı ilə Diana Hacıyeva (DiHaj) təmsil edir.