Əməkdar artist Dilarə Əliyeva aparıcılardan danışıb.
7News.Az-ın məlumatına görə, Yenicag.az-a açıqlama verən Dilarə bəzi aparıcıların hazırlıqsız olduqlarını, bəzən dəvət etdikləri qonağı yaxşı tanımadıqlarını bildirib:
"İllər əvvəl aparıcısı olduğunuz "Çal-çağır» verilişində özünüz necə, heç qonağın xətrinə dəyirdinizmi” sualını Dilarə belə cavablandırıb:
"Qonaqlarıma qarşı heç vaxt aqressiyam olmayıb. Zarafatla nəsə deyilibsə, kimsə bundan inciyibsə deyə bilmərəm. Bir dəfə verilişimdə dedim ki, mənim heç kimlə ədavətim, şəxsi qərəzliyim yoxdur. Xalqın içində gəzən söz efirdə səslənibsə, kiməsə xoş gəlməyibsə, məndən yox, özlərindən küssünlər. Necə davranırlar, necə görünürlər, özlərini necə təqdim edirlərsə, o cür də qarşılanırlar”.
Qeyd edək ki, Dilarə ARB TV-də yayıma başlayan "Söhbət var” verilişinin aparıcıdır.
7News.Az








