TRT ekranlarında yayımlanan "Diriliş Ertuğrul" serialında baş rolun ifaçısı Engin Altan Düzyatan "Romantik komedi" filminin yeni hissəsində rol almağa hazırlaşır.
7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, rejissoru Mahsun Kırmızıgül olan "Romantik komedi: Bal ayı" serialın mövsüm finalından sonra çəkilişlərə başlayacaq. Lakin "Diriliş Ertuğrul"un prodüseri aktyorun Mahsunun filmində çəkilməsini istəmir.
O, tarixi bir obrazı canlandıran aktyorun komediya ilə gündəmə gəlməsini istəmir. Engin Altan da hazırda Mahsuna söz verdiyi üçün pis vəziyyətdə qalıb.
Qeyd edək ki, keçən il də Engin Altan Düzyatan "Diriliş"dəki obrazına görə saqqallarını kəsə bilmədiyi üçün filmin çəkilişi təzirə salınmışdı.








