RU
Donetskdə rus hərbi maşını mikroavtobusla toqquşub: 16 ÖLÜ, 3 YARALI
16:55
38

Donetskdə rus hərbi maşını mikroavtobusla toqquşub: 16 ÖLÜ, 3 YARALI


7NEWS.az xəbər verir ki, Rusiya ordusu Ukraynanın Donbass bölgəsində hücumlarını davam etdirərkən, Donetsk bölgəsində rus əsgərləri daşıyan hərbi avtomobil sərnişin mikroavtobusu ilə toqquşub. Rusiya mətbuatının yerli hakimiyyət orqanlarından əldə etdiyi məlumata görə, Şahtörsk-Torez yolunda baş verən qəzada mikroavtobusda olan 16 sərnişinin həyatını itirdiyi, rus hərbi yük maşınındakı 3 rus əsgərinin isə oradan çıxarıldığı bildirilib. Torez şəhərindəki xəstəxanalarda müalicə alan əsgərlərin həyati təhlükəsi olduğu və reanimasiya şöbəsində saxlandığı öyrənilib. Qəza ilə bağlı Rusiya Müdafiə Nazirliyindən hələlik rəsmi açıqlama verilməsə də, hadisə ilə bağlı araşdırmaya başlanıldığı açıqlanıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ