O,13 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə Bakı şəhəri 189 saylı məktəbdə təhsil alıb. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 1996-cı ildə həmin Universiteti bitirib.
İxtisasça iqtisadçıdır. 1991-2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN "Yay Kubokunun" sahibi və 2000-ci il KVN "Əsrin Çempionu" olmuşdur.
2001-ci ildə "Planet Parni iz Baku" KVN teatrını yaradıb. Hazırda həmin teatrın bədii rəhbəri, rejissoru və aktyorudur.
Sənətçinin qardaşı Azərbaycanın əməkdar artisti Cabir İmanovun onu sosial şəbəkədə təbrik edib:
"Doğum günün mübarək, Tahirim! Allah bütün arzularını yerinə yetirsin. Səninlə fəxr edirəm!" //BIG.AZ
7NeWs.aZ








