Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) məlumatına görə, 15 noyabr tarixinə dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb.
7NEWS.az xəbər verir ki, UNFPA-nın dərc etdiyi hesabata görə, dünya əhalisinin 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 10,4 milyarda çatacağı təxmin edilir. Dünyada əhalinin artım tempi yavaşlasa da, əhalinin 2100-cü ilə qədər artmağa davam edəcəyi gözlənilir. 1970-ci illərdən bəri azalan dünya əhalisinin artım tempi ilk dəfə 2020-ci ildə 1 faizdən (illik) aşağı düşüb. Dünyanın 7 milyarddan 8 milyard insana yüksəlməsi üçün təxminən 12 il lazım olduğu halda, növbəti milyarda çatmaq üçün təxminən 14,5 il (2037-ci ilə qədər) olacağı gözlənilir.
7NEWS.az








