RU
Dünyanın ən güclü pasportu açıqlanıb
15:12
68

Dünyanın ən güclü pasportu açıqlanıb


7NEWS.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dünyanın ən güclü pasportları siyahısında birinci yerdədir.

Pasport İndeksinin ən son yeniləməsinə əsasən, BƏƏ vətəndaşları 180 ölkəyə vizasız və ya "gəliş vizası” ilə səyahət edə bilərlər. Siyahının sonunda yer alan Əfqanıstan vətəndaşları oxşar şəkildə yalnız 38 ölkəyə daxil ola bilər. 

Araşdırmalara görə, bu il demək olar ki, hər bir ölkənin pasportu möhkəmlənib. Vanuatudan başqa bütün ölkələr üçün səyahət azadlığı artıb.vBildirilir ki, artım qismən Covid-19 məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlıdır. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ