Bir müddət əvvəl müğənni Ebru Gündeşlə futbolçu Ufuk Ceylanla eşq yaşamağı barədə xəbərlər yayılmışdı.
7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçi mətbuatın bu cür məlumatları dərc etməsindən narahat olub.
O, əvvəlcə xəbərlərin yayımlanmasına qadağa qoyulması ilə bağlı İstanbul 7-ci Hüquq Məhkəməsinə müraciət edib.
Lakin, məhkəmə sözügedən müraciəti qəbul etməyib.
Gündeş daha sonra İstanbul 11-ci Hüquq Məhkəməsinə ərizə yazıb. Yazıda qeyd olunub ki, qəzet və saytların mövzu ilə bağlı material dərc edilməsinə qadağa qoyulmalıdır.
Məhkəmə Ebrunun lehinə qərar çıxarıb.

Əlaqə üçün E-mail: [email protected]









